
Bu gün Avropa Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
Sportinfo.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu - “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gələcək.
Qarşılaşma İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü almaniyalı referi Feliks Zoyer idarə edəcək.
Finalda qarşılaşacaq komandalardan “Tottenhem” tarixi ərzində 2 (1971/1972, 1983/1984), “Mançester Yunayted” isə 1 dəfə (2016/2017) turnirin qalibi adını qazanıb.
Avropa Liqasında indiyədək ən çox çempionluq yaşamış komanda isə İspaniya təmsilçisi “Sevilya”dır - 7 dəfə.
Turnirin tarixində ən çox qol vuran futbolçu İsveç millisinin sabiq üzvü Henrik Larsendir. 59 yaşlı keçmiş yarımmüdafiəçi 40 qolla bombardirlər siyahısına başçılıq edir.
Avropa Liqasının ötənilki qalibi İtaliya “Atalanta”sı olub.