
2025-26 mövsümündə Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək komanda I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz ilk raundda rəqibinə məğlub olsa, avrokuboklarla vidalaşmayacaq – Konfrans Liqasına yollanacaq.
Həmin komandanın qitənin üçüncü dərəcəli turnirində də işi asan olmayacaq.
Çünki reytinq səbəbindən həmin iştirakçı Konfrans Liqasının II təsnifat mərhələsində də səpələnməmişlərdə yer alacaq və güclü komandalardan biri ilə qarşılaşacaq.
Həm Avropa Liqasında, həm də Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları 10-17 iyulda, II raundun matçları isə 24-31 iyulda reallaşacaq.