Azərbaycanın iki komandası zəiflərin sırasında yer alacaq - Avroliqanın püşkatmasında

13:40 Avropa Liqası 211
Azərbaycanın iki komandası zəiflərin sırasında yer alacaq - Avroliqanın püşkatmasında

Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klub sayı 7-yə çatıb.

Sportinfo.az xəbər verir ki, onlardan üçü səpələnmişlər, ikisi səpələnməmişlər səbətində yer alacaqsa, ikisinin səbəti qeyri-müəyyəndir.

Son olaraq Ukrayna nəhəngi “Şaxtyor”, Rumıniya ÇFR-i, Macarıstan komandası “Paksi” və Sloveniyanın “Selye” komandası bu turnirdə iştirak hüququna yiyələniblər.

Onlardan “Şaxtyor” və ÇFR Polşa klubu “Legiya” kimi, püşkatma zamanı səpələnmişlərdə olacaq. Yəni bu 3 klub Azərbaycanı turnirdə təmsil edəcək komandanın potensial rəqibləridir.

Çünki ölkəmizdən Avropa Liqasına yollanma ehtimalı olan “Zirə” və “Sabah”ın reytinqi aşağıdır. Onlardan hansı turnirə vəsiqə qazansa, püşkdə zəiflərin sırasında yer alacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Şaxtyor” (Donetsk, Ukrayna)

“Legiya” (Polşa)

ÇFR (Rumıniya)

Səpələnməmişlər

“Paksi” (Macarıstan)

Azərbaycan kubokunun qalibi və ya çempionatın 2-cisi

“Aktobe” (Qazaxıstan)

Kosovo kubokunun qalibi

Qeyri-müəyyənlər

“Selye” (Sloveniya)

“Spartak” (Trnava, Slovakiya)

Serbiya kubokunun qalibi

İsrail kubokunun qalibi

Kipr kubokunun qalibi və ya çempionatın 2-cisi

İsveç kubokunun qalibi

Xorvatiya kubokunun qalibi

Bolqarıstan kubokunun qalibi və ya çempionatın 2-cisi

Moldova kubokunun qalibi

Avropa Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 17-də atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti