“Şaxtyor”, ÇFR və “Legiya” Azərbaycana gələcək?

17 May 2025 00:30 Avropa Liqası 1 760
“Şaxtyor”, ÇFR və “Legiya” Azərbaycana gələcək?

Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq klub sayı 7-yə çatıb.

onlardan üçü səpələnmişlər, ikisi səpələnməmişlər səbətində yer alacaqsa, ikisinin səbəti qeyri-müəyyəndir.

Son olaraq Ukrayna nəhəngi “Şaxtyor”, Rumıniya ÇFR-i, Macarıstandan “Paksi” və Sloveniyadan “Selye” bu turnirdə iştirak hüququna yiyələniblər.

Onlardan “Şaxtyor” və ÇFR Polşa klubu “Legiya” kimi, püşkatma zamanı səpələnmişlərdə olacaq. Yəni bu 3 klub Azərbaycanı turnirdə təmsil edəcək komandanın potensial rəqibləridir.

Çünki ölkəmizdən Avropa Liqasına yollanma ehtimalı olan “Zirə” və “Sabah”ın reytinqi aşağıdır. Onlardan hansı turnirə vəsiqə qazansa, püşkdə zəiflərin sırasında yer alacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA