Avroliqada ingilis finalı!

9 May 2025 01:10 Avropa Liqası 1 539
Avroliqada ingilis finalı!

Avropa Liqasının finalçıları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinaldakı rəqiblərini hər iki oyunda məğlub etmiş İngiltərə klubları finalda qarşılaşmaq hüququ əldə ediblər.

“Bodo Qlimt”in qonağı olan “Tottenhem” səfərdə də inamlı qələbə qazanıb. “Mançester Yunayted” isə “Atletik”ə doğma meydanda da 3 qol vurub.

Beləliklə, finalda “Tottenhem”lə “Mançester Yunayetd” üz-üzə gələcəklər. Qarşılaşma mayın 21-də İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq.

“Bodo Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) 0:2
Qollar
: Solanke, 63. Porro, 69.
İlk oyun – 1:3.

“Mançester Yunayted” (İngiltərə) – “Atletik” (İspaniya) 3:1
Qollar
: Maunt, 72. Kazemiro, 80. Höylund, 85 – Xaureqisar, 31.
İlk oyun – 3:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA