UEFA "Qarabağ"ın rəqibini 50000 avro cərimələdi

25 Oktyabr 2024 04:00 Avropa Liqası 4 641
UEFA "Qarabağ"ın rəqibini 50000 avro cərimələdi

UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İsveç "Elfsborq"unu cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.

Allsvenskan təmsilçisi "Roma"ya qalib gəldikləri (1:0) II turun matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50000 avro ziyana düşüb.

Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.

"Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!