"Bilirik ki, "Qarabağ"la oyunda nəyisə düz etməsək, şansımızı itirəcəyik"

14 Mart 03:10 Avropa Liqası 299
"Bilirik ki, "Qarabağ"la oyunda nəyisə düz etməsək, şansımızı itirəcəyik"

"Bu oyuna hazırıq, bilirik ki, nəyisə düz etməsək, şansımızı itirəcəyik.

Ümid edirik ki, hər şey yaxşı olacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Bayer"in futbolçusu Yosip Stanişiç Avropa Liqasının 1/8 final mərhələsinin "Qarabağ"la cavab oyunundan əvvəl deyib..

Almaniyalı müdafiəçi "Qarabağ"ın güclü rəqib olduğunu bildirib:

"Biz rəqiblərimizin zəif olduğunu heç vaxt düşünməmişik. Bilirik ki, "Qarabağ" güclüdür.

Bizi asan oyun gözləmir. Əlimizdən gələni edəcəyik. İlk matç bizim üçün çox çətin keçdi.

Onlar xüsusilə ilk hissədə güclü idilər. Matçda qələbə üçün əlimizdən gələni edəcəyik".

Y.Stanişiç oyuna çox yaxşı hazırlaşdıqlarını da vurğulayıb:

"Düzdür, əvvəlki matçlarda o qədər şans qazanmamışdım. Komandaya öyrəşmək lazımdır.

Bu, hər bir futbolçuda baş verir. Mənim üçün hər bir yarış önəmlidir.

Hər bir turnirdə yaxşı performans göstərməyə çalışıram. Komanda şəklində bütün turnirlərdə maksimum nəticə qazanmağa çalışırıq.

Ümumilikdə yaxşı performans nümayiş etdirməliyik. Bu vaxta qədər çox yaxşı çıxış etmişik".

Martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"