“Qarabağ”ı ilk hissədə dayandıra, nə baş verdiyini anlaya bilmədik”

9 Mart 08:20 Avropa Liqası 642
“Qarabağ”ı ilk hissədə dayandıra, nə baş verdiyini anlaya bilmədik”

“İlk hissədə nə baş verdiyini anlaya bilmədik. Belə vəziyyətlə birinci dəfə idi ki, qarşılaşırdıq”.

Sportinfo.az xəbər verir ki, bunu Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Qarabağ” – “Bayer” matçı haqda açıqlamasında Almaniya klubunun kapitanı Conatan Ta bildirib.

Müdafiəçi hesabda geri düşmələrinə baxmayaraq, ruhdan düşmədiklərini vurğulayıb:

“Oyuna necə başlamağımız rekordlardan daha vacibdir. İki qol buraxdıqdan sonra özümüzü həm məyus, həm də qəribə hiss etdik.

Amma sınmadıq. “Qarabağ”ın gücündən xəbərdar idik. Onları ilk hissədə dayandıra bilmədik.

İkinci hissədə isə meydanda üstün tərəf biz idik və oyuna diqtə etməyi bacardıq”.

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Bayer” ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"