“Bizim yaxşı ki, “Qarabağ”la təcrübəmiz var” - “Bayer”in idman direktoru

7 Mart 20:20 Avropa Liqası 512
“Bizim yaxşı ki, “Qarabağ”la təcrübəmiz var” - “Bayer”in idman direktoru

“Bizim yaxşı ki, “Qarabağ”la təcrübəmiz var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Bayer” (Leverkuzen) idman direktoru Simon Rolfes deyib.

"Qarabağ" bu gün Avropa Liqasında növbəti matçına çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv "Bayer"i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayacaq. Görüşün baş hakimi fransalı Benua Bastyendir.

O bildirib ki, çətin olsa da Azərbaycan klubunu üstələmək lazımdır:

“Səfər mütləq gərgin olacaq. Biz bunu artıq bir dəfə etmişik.

Ağdam təmsilçisi ilə iki dəfə qrupda oynamışıq. Bu rəqibdir, onu qiymətləndirməmək olmaz”.

Digər Xəbərlər
Xəbər Lenti