"Diqqətimizi "Qarabağ"a yönəltmişik" - "Bayer"in müdafiəçisi

6 Mart 09:00 Avropa Liqası 473
"Diqqətimizi "Qarabağ"a yönəltmişik" - "Bayer"in müdafiəçisi

“Bayer”in futbolçusu Robert Andrix Bundesliqanın 24-cü turunda “Köln” üzərində qazandıqları qələbəni (2:0) şərh edərkən Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ”la matçına da toxunub.

Sportinfoaz xəbər verir ki, klubun rəsmi saytına danışan 29 yaşlı müdafiəçi bütün diqqətlərini Bakıdakı oyuna yönəltdiklərini söyləyib:

"Rahatlaşa bilmirik. Doğrudur, "Köln" üzərindəki qələbəyə sevinirik.

Amma indi bütün diqqətimizi yenidən çox çalışmağa və "Qarabağ"la oyunun hazırlığına yönəltmişik. Çünki vacib oyuna çıxacağıq".

Tofiq Bəhramov stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" matçına 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti