Avropanın məşhur klubu Bakıda məşqə çıxmağı lazım bilmədi

6 Mart 01:10 Avropa Liqası 401
Avropanın məşhur klubu Bakıda məşqə çıxmağı lazım bilmədi

Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bayer 04"ün Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq.

Sportinfo.az xəbər verir ki, Leverkuzen klubunun baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı martın 6-da, Bakı vaxtı ilə saat 12:00 radələrində onlayn formatda keçiriləcək.

Axşam radələrində Bakıya çatacaq Almaniya təmsilçisi birbaşa hotelə yollanacaq və mətbuat nümayəndələri üçün nəzərdə tutulan açıq məşqə də çıxmayacaq.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti