"Qarabağ"ı heç saydı: "Bayer"in irəliləmək üçün əla şansı var"

6 Mart 00:30 Avropa Liqası 7 765
"Qarabağ"ı heç saydı: "Bayer"in irəliləmək üçün əla şansı var"

Bundesliqanın rəsmi saytı "Bayer"in Avropa Liqasındakı şanslarını dəyərləndirərkən onların "Qarabağ"la qarşılaşmasına da toxunub.

Sportinfo.az xəbər verir ki, "bundesliga.de" portalı Ağdam klubuna qarşı keçiriləcək görüşlə bağlı bunları yazıb:

"Bayer"in bu mövsüm şansı olduğu bütün yarışlar arasında bəlkə də ən gözlənilməzi, cəlbedici də olsa, Avropa Liqasıdır.

1/8 final mərhələsində Leverkuzen klubu artıq qrup mərhələsində məğlub etdiyi "Qarabağ"la qarşılaşacaq (5:1, 1:0). "Bayer"in Avropa Liqasında irəliləmək üçün əla şansı var".

Komandalar arasında ilk oyun iki martın 7-də Bakıda, Tofiq Bəhramov adına stadionda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti