Fransalı “Qarabağ”ın “Bayer”lə oyununu idarə edəcək

5 Mart 13:40 Avropa Liqası 1 001
Fransalı “Qarabağ”ın “Bayer”lə oyununu idarə edəcək

“Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer"ə qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək.

Sportinfo.az xəbər verir ki, matçda ədaləti Benua Bastyen qoruyacaq.

Ona Hişam Zakrani və Orelyen Bertomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək.

VAR hakimi Benua Miyo olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim inspektoru bolqarıstanlı İçko Lozev olacaq.

Martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti