“Bavariya” və “Barsa”nın adamları “Qarabağ”ın oyununda – Kimi izləyəcəklər?

16 Oktyabr 2023 14:20 Avropa Liqası 3 953
“Bavariya” və “Barsa”nın adamları  “Qarabağ”ın oyununda – Kimi izləyəcəklər?

Avropa nəhəngləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer 04” ilə keçirəcəyi oyunları izləyəcəklər.

Sportinfo.az xəbər verir ki, “Bavariya” və “Barselona”nın skautları Leverkuzen təmsilçisinin matçlarını diqqətdə saxlayırlar.

Adı çəkilən klublar “Bayer 04”ün yarımmüdafiəçisi Florian Virtzin çıxışını izləmək üçün nümayəndə ayırıblar.

“Bavariya” və “Barselona” 20 yaşlı oyunçunun transferi üçün mövsümün sonunda qarşı tərəflə danışıq aparmağı planlaşdırırlar. Virtz bu mövsüm 10 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Qarabağ”la “Bayer 04” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti