"Qarabağ"ı təriflədi, millimizi xatırladı: "O vaxt Azərbaycana uduzmasaydıq…"

12 Oktyabr 2023 02:50 Avropa Liqası 886
"Qarabağ"ı təriflədi, millimizi xatırladı: "O vaxt Azərbaycana uduzmasaydıq…"

"Penaltinin verilməməsi mənə təəccüblü oldu.

Marko Yankoviçin dirsəklə vurduğu zərbəyə görə də qırmızı vərəqə verilməli idi.

7 dəyişiklik oldu, çoxlu meydanda dayanma oldu. Ancaq baş hakim az dəqiqə əlavə etdi".

Sportinfo.az xəbər verir ki, bunu Avropa Liqasında "Qarabağ"a 0:1 uduzan "Hekken"in baş məşqçisi Per-Matias Höqmo deyib.

Norveçli məşqçi "Qarabağ"ın müdafiə xəttini tərifləyib:

"İlk hissədə bizdə oyun alınırdı. Ancaq tədricən "Qarabağ"ın futbolçularının təcrübəsi özünü göstərməyə başladı.

Kevin Medina və Mateus Silva xüsusən bizim oyunçulara qol vurmağa imkan vermədi.

Zambiyalı hücumçumuz Edvard Çilufyanın 2 qol epizodu oldu. Ancaq belə oyunda ondan yararlanmalısan, əks halda bir də əlinə düşməyə bilər".

Qurban Qurbanovun oğlu Musa Qurbanlının "Yurqorden"də oynadığını, ancaq ötən mövsüm "Qarabağ"da çıxış etdiyini bildirən 63 yaşlı norveçli məşqçi 2016-cı ildə Bakıda millimizə 0:1 uduzmasından da danışıb:

"Azərbaycan futboluna böyük hörmətim var. Yaxşı müdafiə olunmağı bacarırlar.

O vaxt Norveç millisində işləyərkən Azərbaycana uduzmasaydıq, qrupda digər komandalara da qalib gələrdik".

Digər Xəbərlər
Xəbər Lenti