"Onsuz da, biz xallarımızı Almaniya klubu ilə oyunlarda qazanmayacağıq"

26 Sentyabr 2023 09:20 Avropa Liqası 980
"Onsuz da, biz xallarımızı Almaniya klubu ilə oyunlarda qazanmayacağıq"

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Hekken”in futbolçusu Even Hovland pley-offa vəsiqə qazanmaq şanslarından danışıb.

“Alfonbladet”ə danışan norveçli futbolçunun fikrincə, qrupda ikinci yer uğrunda mübarizə “Hekken”, “Molde” və “Qarabağ” arasında gedəəck:

"Biz “Bayer”lə oyunda təcrübə qazandıq. Onsuz da, xallarımızı Almaniya klubu ilə oyunlarda qazanmayacağıq.

İkinci yer uğrunda mübarizə “Qarabağ”, ”Hekken” və “Molde” arasında gedəcək. İnanıram ki, biz bunun öhdəsindən gələcəyik".

"Qarabağ" Avropa Liqasının qrup mərhələsindəki ikinci oyununda "Hekken"ə qarşı keçirəcək. Matç oktyabrın 5-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti