
Avropa Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Qaxaxıstanda yerli “Astana” Bolqarıstan təmsilçisi “Ludoqorets”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Qalan oyunlar avqustun 10-da keçiriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ” da Finlandiyanın HJK komandası ilə üz-üzə gələcək.
8 avqust
“Astana” (Qazaxıstan) – “Ludoqorets” (Bolqarıstan) 2:1