
Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu, Finlandiyadan HİK-dir.
Komanda ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda "Molde"yə (Norveç) 1:0 hesabı ilə qalib gəlsə də, cavab matçında 0:2 hesabı ilə uduzaraq Ağdam təmsilçisinə rəqib olub.
"Qarabağ" Avroliqada 3-cü təsnifat mərhələsində ilk görüşünü evdə keçirəcək.
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 10-u, cavab matçları avqustun 17-i keçiriləcək.
"Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsində "Rakov"a uduzaraq (2:3, 1:1) turnirlə vidalaşıb.
"Molde" (Norveç) - HİK (Finlandiya) - 2:0
Qollar Eriksen, 74, Brunhildsen, 89
İlk oyun - 0:1