Oyundan sonra hakimin üstünə hücum çəkdi: "Rədd olun!" - VİDEO

2 İyun 2023 08:30 Avropa Liqası 1 834
Oyundan sonra hakimin üstünə hücum çəkdi: "Rədd olun!" - VİDEO

Avroliqanın final matçında "Sevilya"ya penaltilərdə məğlub olan "Roma"nın baş məşqçisi Joze Mourinyo hakimlikdən şikayətlənib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hakimin ədalətsizlik etdiyini deyib.

O, matçın ingilis hakimi Entoni Teylorun qərarlarına görə məğlub olduqlarını bildirib:

"Həqiqət budur ki, hamımız çox kədərlənirik. Ölü kimi yorğunuq. Bizə qarşı haqsızlıq edildiyini hiss edərək evə ölü kimi qayıdırıq. İspan kimi görünən hakimin rəhbərliyi altında gərgin, yorucu oyun oldu.

Tez-tez sarı vərəqəsindən istifadə edirdi. Lamela ikinci "sarı"nı görməli olduğu halda hakim heç bir vərəqə göstərmədi və onun penaltini qola çevirməsi ədalətsizlikdir”.

Oyundan sonra hakimlər briqadası dayanacaqda maşınına minərkən Mourinyo onlara yaxınlaşaraq narazılığını sərt şəkildə bildirib.

Mütəxəssis baş hakimə "İdarəçiliyin biabırçılıqdır! Biabırçılıq! Hətta Rossetti belə bunu penalti kimi qiymətləndirməzdi, amma sən penalti verdin. Rədd ol!" - ifadələrdən istifadə etmişdir.

Avroliqanın finalında baş tutan və əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan "Sevilya" - "Roma" matçının penaltilər seriyasında ispan klubu 4:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!