Nəfəsləri kəsən “Sevilya” – “Roma” finalından VİDEOREPORTAJ

1 İyun 2023 10:00 Avropa Liqası 1 564
Nəfəsləri kəsən “Sevilya” – “Roma” finalından VİDEOREPORTAJ

Avropa Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, final matçında “Sevilya” bu ilə İtaliya təmsilçisi “Roma” üz-üzə gəlib.

Oyun Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da keçirilib və saat 23:00-da başlayıb.

Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci final matçı olub.

Turnirin rekordçusu olan “Sevilya” indiyə qədər keçirdiyi 6 final oyununun hamısında qalib gəlməyi bacarmışdı.

“Roma” isə yalnız 1991-ci ildə finala çıxmışdı və həlledici görüşdə İtaliyanın digər komandası “İnter”ə məğlub olmuşdu.

Hər iki komanda daxili çempionatda ilk dördlüyə düşə bilmədiyindən, Avropa Liqasını qazanmaq onlar üçün çox vacib idi.

Çünki qalib gələcək komanda növbəti mövsümdə UEFA Çempionlar Liqasında iştirak hüququna yiyələnəcəkdi.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda da hesab dəyişməz qalıb.

Bu üzdən də penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Sevilya” yenə bu turnirdə ən güclü olmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti