“Sevilya” Avroliqanın MONOPOLİSTİ OLDU

1 İyun 2023 02:40 Avropa Liqası 2 331
“Sevilya” Avroliqanın MONOPOLİSTİ OLDU

Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçirilən final oyununda "Roma"нa qalib gələn "Sevilya" tarixində 7-ci dəfə titula sahib çıxıb.

Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 35-ci dəqiqədə "canavarlar" vurublar. Paulo Dibala fərqlənib.

55-ci dəqiqədə La Liqa təmsilçisi tarazlığı bərpa edib. "Roma"nın heyətində Canluka Mançini avtoqol müəllifi olub.

Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. Burada da hesab dəyişmədiyi üçün penaltilər seriyasından istifadə olunub.

11 metrlik cərimə zərbələrini daha dəqiq (4:1) yerinə yetirən ispaniyalılar turnirin qalibi olublar.

"Sevilya" bu qələbə sayəsində 2023/2024 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.

"Sevilya" (İspaniya) – "Roma" (İtaliya) 1:1 (penaltilər 4:1)
Qollar: Canluka Mançini, 55-öz qapısına – Paulo Dibala, 35.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Budapeşt, “Puşkaş Arena”

"Sevilya": Yassin Bunu, Aleks Telles, Nemanya Qudel, Loik Bade, Xesus Navas (k), İvan Rakitiç, Fernando, Brayan Xil, Oliver Torres, Lukas Okampos, Yussef En-Nesiri.
"Roma": Rui Patrisio, Kris Smollinq, Canluka Mançini, Rocer İbanyes, Leonardo Spinatsola, Nemanya Matiç, Brayan Kristante, Zeki Çelik, Paulo Dibala, Lorenstso Pelleqrini (k), Temmi Abraham.

Digər Xəbərlər
Xəbər Lenti