Bu gün Avroliqanı kim qazanacaq - “Sevilya”, yoxsa “Roma”?

31 May 2023 12:00 Avropa Liqası 558
Bu gün Avroliqanı kim qazanacaq - “Sevilya”, yoxsa “Roma”?

Bu gün Avropa Liqasında (AL) 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, İspaniya klubu “Sevilya” ilə İtaliya təmsilçisi “Roma” arasında final oyunu keçiriləcək.

Qarşılaşma Macarıstanın paytaxtı Budapeştdəki 67 000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da baş tutacaq. Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilya”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq.

Turnirin rekordçusu olan ispanlar indiyə qədər keçirdikləri 6 həlledici matçın hamısında qalib gəlməyi bacarıblar.

İtaliya komandası isə yalnız 1991-ci ildə finala çıxıb və həlledici dueldə ölkənin digər iştirakçısı “İnter”ə məğlub olub. Yəni, “canavarlar” tarixində ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

Hər iki komanda daxili birincilikdə ilk “dördlüy”ə düşə bilmədiyindən, Avropa Liqasını qazanmaq onlar üçün ikiqat əhəmiyyət kəsb edir.

Çünki qalib gələcək komanda növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququna yiyələnəcək.

Belədə həmin klubun təmsil etdiyi ölkənin 5 komandası 2023/2024 mövsümündə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparacaq.

31 may

23:00. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

Budapeşt, “Puşkaş Arena”

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı