Avropa Liqasının finalının baş hakimi bəlli olub.
Sportinfo.az xəbər verir ki, mayın 31-də “Sevilya” və “Roma” arasında keçiriləcək həlledici qarşılaşmanı Entoni Teylor idarə edəcək.
Matç Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək və Bakı vaxtı ilə 23:00-da start götürəcək.
"Sevilya" yarımfinalda "Yuventus", "Roma" isə "Bayer"(Leverkuzen) səddini keçə bilmişdi.