Avropa Liqasında finala kimlər vəsiqə qazanacaq? – BU GÜN

18 May 2023 15:40 Avropa Liqası 582
Avropa Liqasında finala kimlər vəsiqə qazanacaq? – BU GÜN

Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq.

Sportinfo.az xəbər verir ki, yarımfinalın cavab oyunlarından sonra həlledici görüşə vəsiqə qazanan komandalar müəyyənləşəcək.

İlk oyunda İtaliyada "Yuventus"la 1:1 hesablı heç-heçəyə razılaşan "Sevilya" bu dəfə rəqibini İspaniyada qəbul edəcək.

"Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi niderlandlı Denni Makkeli olacaq.

Yarımfinalın digər cavab oyunda isə İtaliya "Roma"sı Almaniyada "Bayer"lə qarşılaşacaq.

Matçı "Bay Arena"dakı görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Komandalar arasında ilk dueli "canavarlar" qazanıb - 1:0.

Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

18 may

23:00. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya)
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun - 1:1

23:00. "Bayer" (Almaniya) - "Roma" (İtaliya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, "Bay Arena"
İlk oyun - 0:1

Digər Xəbərlər
Xəbər Lenti