
Avropa Liqası yarımfinal mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Sevilya"nın futbolçusu İvan Rakitiç layiq görülüb.
Xorvatiyalı yarımmüdafiəçi səsvermədə Federiko Qatti ("Yuventus"), Nemanya Matiç ("Roma") və Edmond Tapsobanı ("Bayer") qabaqlayıb.
İvan Rakitiç "Sevilya"nın səfərdə "Yuventus"la 1:1 hesablı heç-heçə etdiyi görüşdə 90 dəqiqə meydanda olub.