
“Bayer”in (Leverkuzen) çalışdırıcısı Xabi Alonso Avropa Liqasının yarımfinalının “Roma” ilə matçını (1:0) dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, o, cavab qarşılaşmasında qələbə qazanmaq üçün fürsətlərinin olduğunu deyib:
“Nəticədən narazıyam. Məğlub olmaq istəmirdik. Növbəti həftə qələbə qazanmaq üçün fürsətimiz var.
Nə edəcəyimizi başa düşürük. Mütləq qalib gəlməliyik. Səhv etmək üçün heç bir şansımız yoxdur. Diqqətimizi yalnız oyuna yönəltməliyik”.
“Bayer” – “Roma” cütünün cavab qarşılaşması 18 may, saat 23:00-da başlayacaq.