Yarımfinal oyunları İtaliyada başlayır - Avropa Liqasında bu gün

11 May 2023 15:20 Avropa Liqası 444
Yarımfinal oyunları İtaliyada başlayır - Avropa Liqasında bu gün

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

Sportinfo.az xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə keçiriləcək.

İtaliyada baş tutacaq matçlarda "Yuventus" İspaniya "Sevilya"sını, "Roma" isə Almaniyanın "Bayer" klubunu qəbul edəcək. Görüşlər Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

11 may

23:00. "Yuventus" (İtaliya) - "Sevilya" (İspaniya)
Baş hakim: Daniel Zibert (Almaniya)
Turin, "Yuventus" stadionu

23:00. "Roma" (İtaliya) - "Bayer" (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Roma, Olimpiya Stadionu

Digər Xəbərlər
Xəbər Lenti