
“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasının 1/4 finalının “Feyenoord”la cavab matçından sonra (4:1) açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, Paulo Dibala haqda danışıb:
“Çox çətin matçda komandam yaxşı oynadı. Dibala öncədən oyuna hazır vəziyyətdə idi.
Futbolçularım güclü komandaya qarşı oynamağı bacardılar. Biz daha yaxşı idik”.
İki oyunun nəticəsinə əsasən, İtaliya klubu Niderland təmsilçisini 4:2 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.
Yarımfinalda onların rəqibi Almaniya “Bayer”i (Leverkuzen) olacaq.