"Bir müddətdir ki, oyunlarda iştirak etmirdim, ona görə də..." - QİSASDAN DANIŞDI

17 Aprel 2023 22:00 Avropa Liqası 717
"Bir müddətdir ki, oyunlarda iştirak etmirdim, ona görə də..." - QİSASDAN DANIŞDI

"Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen “Nottingem Forest” üzərində qələbəni (2:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, danimarkalı komandasının Avropa Liqasının yarımfinal mərhələsinə yüksəlmək şanslarını dəyərləndirib:

"Hazırlaşmaq üçün çox vaxtım yox idi. Marsel Sabitzerin zədəli olduğunu bilirdim. Vaxtında hazır olmalıdır.

Bir müddətdir ki, oyunlarda iştirak etmirdim, ona görə də hazırlaşmalıydım. Oyunumuza asanlıqla uyğunlaşıram.

Mövsümə necə başladığımızla müqayisədə indi klubda tamam başqa ab-hava var. Qarşıda hələ çox oyunlarımız qalıb.

"Sevilya"dan qisas almaq və Avropa Liqasının yarımfinalına yüksəlmək əzmindəyik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”