MY qələbəni sonda qaçırdı, “Yuventus” 1 qolla qazandı - Avropa Liqasında NƏTİCƏLƏR

14 Aprel 2023 01:00 Avropa Liqası 926
MY qələbəni sonda qaçırdı, “Yuventus” 1 qolla qazandı - Avropa Liqasında NƏTİCƏLƏR

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Əvvəlcə “Roma” ötən mövsüm Avropa Konfrans Liqasının finalında qarşılaşdığı “Feyenoord”un qonağı olub. İtaliya təmsilçisi Niderlanddan məğlubiyyətlə qayıdıb.

“Mançester Yunayted” doğma meydanda “Sevilya” ilə üz-üzə gəlib. “Qırmızı şeytanlar” bu oyunda qələbəni son dəqiqələrdə buraxdıqları 2 qolla əldən veriblər.

“Yuventus” isə “Sportinq”lə ev oyunundan çətin qələbə ilə ayrılıb. “Bayer” də Belçika “Yunion”u ilə münasibətlərinə aydınlıq gətirib. Almaniya təmsilçisi doğma məğlubiyyətdən xilas olub.

"Feyenoord "(Niderland) – "Roma" (İtaliya) 1:0
Qol
: Viffer, 53.

"Bayer" (Almaniya) – "Yunion" (Belçika) 1:1
Qol
: Virts, 83 – Bonifeys, 51.

"Yuventus" (İtaliya) – "Sportinq" (Portuqaliya) 1:0
Qol
: Qatti, 73.

"Mançester Yunayted" (İngiltərə) – "Sevilya" (İspaniya) 2:2
Qol
: Zabitser, 14; 21 – X.Navas, 85. H.Maquayr, 90+3-öz qapısına.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"