
Avropa Liqasında 1/4 final oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, bu mərhələnin açılış matçında "Roma" Niderlandda "Feyenoord"un qonağı olub.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 53-cü dəqiqədə Mats Viffer vurub.
43-cü dəqiqədə isə "canavarlar"dan Lorentso Pelleqrini penaltidən yararlana bilməyib. Komandalar arasında cavab oyunu aprelin 20-də keçiriləcək.
"Feyenoord" (Niderland) - "Roma" (İtaliya) - 1:0
Qol: Mats Mats Viffer, 53
İstifadə edilməyən penalti: Lorentso Pelleqrini, 43