"Fənərbağça" İspaniyada "Sevilya" ilə qarşılaşacaq - Avropa Liqası

9 Mart 2023 21:40 Avropa Liqası 855
"Fənərbağça" İspaniyada "Sevilya" ilə qarşılaşacaq - Avropa Liqası

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, oyunların hamısı eyni gündə baş tutacaq.

İngiltərə təmsilçilərindən "Arsenal" Portuqaliyada "Sportinq"in qonağı olacaq,

"Mançester Yunayted" isə evdə "Betis"i sınağa çəkəcək. "Roma" İtaliyada "Real Sosyedad"ı, "Yuventus" isə "Frayburqu ilə qarşılaşacaq.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Fənərbağça" isə İspaniyada "Sevilya" ilə münasibətlərinə aydınlıq gətirəcək.

9 mart

21:45. "Union" Berlin (Almaniya) - "Union" (Belçika)

21:45. "Bayer" Leverkuzen (Almaniya) - "Ferentsvaroş" (Macarıstan)

21:45. "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

21:45. "Roma" (İtaliya) - "Real Sosyedad" (İspaniya)

00:00. "Sevilya" (İspaniya) - "Fənərbağça" (Türkiyə)

00:00. "Yuventus" (İtaliya) - "Frayburq" (Almaniya)

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Betis" (İspaniya)

00:00. "Şaxtyor" Donetsk (Ukrayna) - "Feyenoord" (Niderland)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA