
Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu və qolu bəlli olub.
Sportinfo.az xəbər verir ki, hər iki ada "Yuventus"dan Anxel Di Mariya sahib çıxıb.
Argentinalı yarımmüdafiəçi həftənin oyunçusu nominasiyasında Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan Anatoli Trubin, Almaniyanın "Union" (Berlin) komandasından Yosip Yuranoviç və Leverkuzen "Bayer"indən Florian Virtsi geridə qoyub.
35 yaşlı oyunçunun Fransada "Nant"ın qapısına vurduğu ilk top isə həftənin qolu seçilib.
Anxel Di Mariya 3:0 hesablı qələbə qazandıqları matçda het-trik edib.