
Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, B qrupunda "Fənərbaxça" səfərdə Kiyev "Dinamo"sunun qonağı olub.
Qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 14-ə yüksəldən "Fənərbaxça" qrupu lider tamamlayıb. "Dinamo" isə 1 xalla qrup sonuncusu olub.
"Dinamo" - "Fənərbaxça" 0:2
Qollar: Arda Güler, 23, Villian Arao, 45+2