
Avropa Liqasının qrup mərhələsində II turdan təxirə salınmış oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, A qrupunda İngiltərə "Arsenal"ı Londonda PSV-ni qəbul edib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Qranit Caka vurub.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "topçular" pley-offa vəsiqəni təmin ediblər. 7 xalı olan Eyndhoven təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, A qrupunda Norveçin "Budö Qlimt" və İsveçrənin "Sürix" klubları da mübarizə aparır.
"Arsenal" (İngiltərə) - PSV (Niderland) - 1:0
Qol: Qranit Caka, 71
Xal durumu: "Arsenal" - 12, PSV - 7 xal, "Budö Qlimt" - 4, "Sürix" - 0.