
Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, A qrupunda "Arsenal" Norveçdə "Budyo Qlimt"in qonağı olub.
Qarşılaşma London təmsilçisinin minimal hesablı qələbəsiylə başa çatıb.
Xallarını 9-a yüksəldən "Arsenal" qrupun lideridir. "Budyo Qlimt" isə 4 xalla 3-cü yerdədir.
"Budyo Qlimt" - "Arsenal" 0:1
Qol: Bukayo Saka, 24