Kristian Ştrayx: “Qarabağ”dan məhz bu oyunu gözləyirdik”

11 Sentyabr 2022 02:40 Avropa Liqası 1 365
Kristian Ştrayx: “Qarabağ”dan məhz bu oyunu gözləyirdik”

“Qarabağ” çox yaxşı komandadır. Güclü futbolçuları və əla sistemləri var”.

Sportinfo.az xəbər verir ki, bunu “Frayburq”un baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşma haqda deyib.

Bundesliqanın lideri Ağdam təmsilçisini analiz etdiyini və Azərbaycan çempionunun inamlı oyun nümayiş etdirdiyini açıqlayıb:

“Biz rəqibdən məhz bu oyunu gözləyirdik. İlk 20 dəqiqədə çox yaxşı mübarizə apardıq.

Ümumilikdə götürsək, layiqli qələbədir. Çünki topsuz da yaxşı işlədik. Avropa Liqasına qələbə üçün başladığımız üçün şadıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!