Ağdam klubu ilə qarşılaşmalara 9 hücumçu sifariş etdilər

6 Sentyabr 2022 01:10 Avropa Liqası 636
Ağdam klubu ilə qarşılaşmalara 9 hücumçu sifariş etdilər

Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un iştirak ərizəsi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Karlos Korberan siyahıya 31 futbolçunun adını daxil edib.

Bunlardan 3-ü qapıçı, 11-ü müdafiəçi, 8-i yarımmüdafiəçi və 9-u hücumçudur.

Qapıçılar: 1. Tomaş Vatslik (Çexiya), 88. Kostas Tsolakis, 99. Atanasios-Teoloqos Papadudis;

Müdafiəçilər: 2. Şime Vrsalko (Xorvatiya), 4. Panaqiotis Retsos, 12. Marselo (İspaniya), 14. Tanasis Andrutsos, 15. Sokratis Papastatopulos, 24. Usseynu Ba (Seneqal), 26. Qonsalo Avila (İspaniya), 44. Kostas Manolas, 45. Oleq Ryabçuk (Moldova), 66. Pape Abu Sisse (Seneqal), 75. Fotios Kitsos;

Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila (Fransa), 8. Pyer Kunde (Kamerun), 28. Matyö Valbuena (Fransa), 33. Hvanq İn-beom (Cənubi Koreya), 55. Xristos Liatsos, 74. Andreas-Rixardos Ntoi, 92. Yannis Karakutis;

Hücumçular: 11. Yussef Əl-Arabi (Mərakeş), 17. Marius Vrusai, 18. Hvanq Ui-co (Cənubi Koreya), 19. Yorqos Masuras, 20. Coş Bouler (İngiltərə), 21. Pep Biel (İspaniya), 47. Abubakar Kamara (Fransa), 60. Anastasios-Andreas Tselios, 77. Qarri Rodriges (Kabo Verde).

"Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"