“Transfer bazarı bağlanana qədər özümüzü gücləndirmək istəyirik”

27 Avqust 2022 11:00 Avropa Liqası 970
“Transfer bazarı bağlanana qədər özümüzü gücləndirmək istəyirik”

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un baş məşqçisi Karlos Korberan qrupu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Yunanıstan təmsilçisinin rəsmi saytına açıqlama verən 39 yaşlı mütəxəssis məqsədlərinin növbəti mərhələyə yüksəlmək olduğunu deyib:

"Təbii ki, “Olimpiakos”un məqsədi Avropa Liqasının növbəti mərhələsidir. Ötən mövsüm bunu bacardıq. Növbəti mərhələyə qrup lideri kimi çıxmaq istəyirik.

"Olimpiakos" hər zaman hazır olmalıdır, çünki ambisiyaları olan klubdur. Zaman azdır, amma hər gün səy göstərməli və təkmilləşməliyik.

Həmçinin, transfer bazarı bağlanana qədər rəqabətədavamlı olmaq üçün özümüzü gücləndirmək istəyirik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA