"Frayburq"un baş məşqçisi “Qarabağ”ı arzulayır: "Azərbaycanda olmamışam”

26 Avqust 2022 14:20 Avropa Liqası 1 252
"Frayburq"un baş məşqçisi “Qarabağ”ı arzulayır: "Azərbaycanda olmamışam”

"Azərbaycan təmsilçisi ilə qarşılaşmaq maraqlı olardı. Bu ölkədə olmamışam".

Sportinfo.az "Bild" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniya "Frayburq"unun baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının püşkatması barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis hər hansı rəqiblə düşməyin heç bir əhəmiyyətinin olmadığını bildirib:

"Püşkatma mərasiminə birlikdə baxacağıq. Ümid edirik ki, rəqiblərimiz tez müəyyənləşər.

Səfərləri səbirsizliklə gözləyirəm. Bilmədiyimiz yeni stadionlara gedə bilərik".

Avropa Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. "Qarabağ" püşkatmaya ikinci, "Frayburq" isə üçüncü səbətdən qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"