Bu gün snu 10 komandanın adına aydınlıq gələcək - Avroliqada

25 Avqust 2022 12:00 Avropa Liqası 547
Bu gün snu 10 komandanın adına aydınlıq gələcək - Avroliqada

Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, bu qarşılaşmaların ardından qrup mərhələsinə vəsiqə qazanacaq sonuncu 10 komandanın adına aydınlıq gələcək.

Türkiyənin turnirdəki təmsilçilərindən "Fənərbağça" Avstriyanın "Austriya" (Vyana) komandasını, "Sivasspor" isə İsveç "Malmö"sünü qəbul edəcək.

İstanbul klubu ilk matçda 2:0 hesablı qələbə qazanıb, sivaslılar rəqibinə uduzub - 1:3.

"Qarabağ"ın Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı İsveçrə Sürixi Şotlandiyada "Harts"ın, Macarıstasn "Ferentsvaroş"u İrlandiyada "Şemrok Rovers"un qonağı olacaq.

Sürix klubu ilk görüşdə 2:1, Budapeşt təmsilçisi isə 4:0 hesablı qələbə qazanıb.

pley-off mərhələsi, cavab oyunları

19 avqust

20:00 "AEK" (Larnaka, Kipr) - "Dnepr-1" (Ukrayna)

İlk oyun - 2:1.

20:00. "Jalgiris" (Litva) - "Lüdoqorets" (Bolqarıstan)

İlk oyun - 0:1.

20:30. "Silkeborq" (Danimarka) - "HİK" (Finlandiya)

İlk oyun - 0:1.

21:00. "Fənərbağça" (Türkiyə) - "Austriya" (Vyana, Avstriya)

İlk oyun - 2:0

21:00. "Omoniya" (Kipr) - "Gent" (Belçika)

İlk oyun - 2:0

21:00. "Şerif" (Moldova) - "Pünik" (Ermənistan)

İlk oyun - 0:0

21:00. "Sivasspor" (Türkiyə) - "Malmö" (İsveç)

İlk oyun - 1:3

23:00. "Harts" (Şotlandiya) - "Sürix" (İsveçrə)

İlk oyun - 1:2

23:00. "Olimpiakos" (Yunanıstan) - "Apollon" (Kipr)

İlk oyun - 1:1

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Ferentsvaroş"

İlk oyun - 0:4.

Daha əvvəl 22 komanda qrup mərhələsində iştirakı təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"