Alman klubları Avroliqada finalın qapısını araladı - VİDEOLAR

29 Aprel 2022 01:00 Avropa Liqası 1 194
Alman klubları Avroliqada finalın qapısını araladı - VİDEOLAR

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, turnirin favoritlərindən "Leyptsiq" evdə Şotlandiya "Reyncers"ini qəbul edib.

"Red Bull Arena"dakı görüşün taleyini 1 qol həll edib. 85-ci dəqiqədə fərqlənən Anxelinyo meydan sahiblərinə qələbə qazandırıb.

Gecənin digər qarşılaşmasında "Vest Hem" eyniadlı stadionda "Ayntraxt"ı sınağa çəkib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolu 1-ci dəqiqədə Frankfurt təmsilçisindən Ansqar Knauff vurub. 21-ci dəqiqədə meydan sahiblərindən Maykl Antonio hesabı bərabərləşdirib. Son nöqtəni isə 54-cü dəqiqədə "Ayntraxt"dan Daiti Kamada qoyub.

28 aprel

"Leyptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0

Qol: Anxelinyo, 85

Baş hakim: Benua Bastyen (Fransa)

Leyptsiq, "Red Bull Arena"

"Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) - 1:2

Qollar: Maykl Antonio, 21 - Ansqar Knauff, 1. Daiti Kamada, 54

Baş hakim: Sərdar Gözüböyük (Niderland)

London, "Vest Hem" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"