AVROLİQA: "Barselona"dan SENSASİYAlı məğlubiyyət - VİDEOLOR

15 Aprel 2022 01:10 Avropa Liqası 1 198
AVROLİQA: "Barselona"dan SENSASİYAlı məğlubiyyət - VİDEOLOR

Avropa Liqasında yarımfinalın daha 2 iştirakçısı bəlli olub.

Sportinfo.az xəbər verir ki, 1/4 finalın cavab oyunlarından sonra"Leyptsiq" ilə yanaşı, "Ayntraxt" və "Vest Hem" növbəti mərhələyə vəsiqə əldə edib.

Gecənin sensasiyası İspaniyada qeyd alınıb. Evdə "Ayntraxt"a 2:3 hesabı ilə uduzan "Barselona" mübarizəni dayandırıb. "Vest Hem" isə Fransada "Lion"a qalib gəlib.

Şotlandiyada "Reyncers" və Portuqaliya "Braqa"sı arasında keçirilən oyunun əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən görüşdə əlavə vaxt oynanılır.

14 aprel

"Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3

Qollar: Serxio Busgets, 90+1. Memfis Depay, 90+11 (pen.) - Filip Kostiç, 4; 67 (pen.). Rafael Borre, 36

Qırmızı vərəqə: Evan N Dika, 90+10 ("Ayntraxt")

İlk oyun - 1:1

"Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) - 0:3

Qollar: Kreyq Douson, 38. Deklan Rays, 44. Carrod Bouen, 48

İlk oyun - 1:1

"Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qollar: Kristofer Nkunku, 18; 87 (pen.)

İlk oyun - 1:1

Digər Xəbərlər
Xəbər Lenti