"Barselona" Avroliqada yarımfinalçı ola biləcəkmi?

14 Aprel 2022 18:40 Avropa Liqası 517
"Barselona" Avroliqada yarımfinalçı ola biləcəkmi?

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.

Gecənin ilk matçı İtaliyada "Atalanta" və Almaniya "Leyptsiq"i arasında olacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib.

İspaniya "Barselona"sı Almaniyanın "Ayntraxt" klubunu qəbul edəcək. Frankfurtdakı görüşdə heç-heçə qeydə alınıb.

İngiltərə "Vest Hem"i Fransada "Lion"un qonağı olacaq. Bu komandaların da ilk dueli bərabərliklə başa çatıb.

Portuqaliya "Braqa"sı isə Şotlandiya "Reyncers"lə üz-üzə gələcək. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanıb.

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə)

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:1.

Digər Xəbərlər
Xəbər Lenti