"Qalatasaray" İstanbulda "Barselona"ya uduzdu - VİDEO

18 Mart 2022 00:00 Avropa Liqası 834
"Qalatasaray" İstanbulda "Barselona"ya uduzdu - VİDEO

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" "Barselona"nı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda ilk qolu meydan sahibləri vurublar. 28-ci dəqiqədə Markao künc zərbəsindən sonra başla topu qapıdan keçirib.

37-ci dəqiqədə Pedri "Cim-Bom"un 3 müdafiəçisini aldadaraq, hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni isə 50-ci dəqiqədə Pyer-Emerik Obameyanq qoyub.

Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmadığından, bu nəticə "Barselona"nı 1/4 finala daşıyıb.

"Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Markao, 28 - Pedri, 37. Pyer-Emerik Obameyanq, 50

İlk oyun - 0:0.

Digər Xəbərlər
Xəbər Lenti