"Qalatasaray" bu gecə "Barselona" önündə - Avropa Liqası

17 Mart 2022 18:20 Avropa Liqası 502
"Qalatasaray" bu gecə "Barselona" önündə - Avropa Liqası

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, cavab mərhələsinin bütün oyunları eyni gündə gerçəkləşəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.

Turnirin 6 qat qalibi İspaniya "Sevilya"sı İngiltərədə "Vest Hem"in qonağı olacaq. Əndəlusiya təmsilçisi ilk matçda rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya)

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:3.

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya)

İlk oyun - 0:1.

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya)

İlk oyun - 2:1.

00:00. Lion (Fransa) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti