“Qalatasaray” Xavini təəccübləndirib: "Bizə qol vurmağa imkan vermədilər"

13 Mart 2022 00:20 Avropa Liqası 533
“Qalatasaray” Xavini təəccübləndirib: "Bizə qol vurmağa imkan vermədilər"

“Barselona”nın baş məşqçisi Xavi “Qalatasaray”la Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu (0:0) haqda fikirlərini bildirib.

Sportinfo.azxəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında ispaniyalı məşqçi bunları deyib:

“İkinci hissədə oyunumuzu artırdıq. Rəqibin müdafiədəki güclü oyunu bizi təəccübləndirdi. Onların qapıçısı İnyaki Penya yaxşı təsir bağışladı.

Biz son oyunlardakı kimi deyildik. Onların mərkəz müdafiəçiləri fenomenal idilər və bizə qol vurmağa imkan vermədilər.

Oyunda diktə etsək də, qol vura bilmədik. Daha yaxşı hücumlar qurmalı idik. Bu, Avropa Liqasıdır. Komandalar bura öz layiqli oyunlarına görə gəliblər”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"