
"Qalatasaray"ın baş məşqçisi Domenek Torrent Avropa Liqasının 1/8 final mərhələsində "Barselona" ilə keçirilən oyundan (0:0) sonra fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, Torrent komandasının fiziki cəhətdən yaxşı performans göstərdiyini deyib:
“Xavi mənim dostumdur. Oyundan sonra ona dedim ki, komandasını İstanbulda qəbul etməyi səbirsizliklə gözləyirik.
Bu gün əla fiziki hazırlıq nümayiş etdirdik. Bütün komanda!”.
Bu komandalar arasında cavab oyunu martın 17-də İstanbulda keçiriləcək.