"Qarabağ"ın tanışlarının duelini "Olimpik" qazandı – KONFRANS NƏTİCƏLƏRİ

11 Mart 2022 02:10 Avropa Liqası 847
"Qarabağ"ın tanışlarının duelini "Olimpik" qazandı – KONFRANS NƏTİCƏLƏRİ

Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son 4 matçın üçündə meydan sahibləri qalib gəlib, birində isə heç-heçə qeydə alınıb.

Bu raundun diqqət çəkən matçlarından biri Fransada baş tutub. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Marsel" "köhlən atlar"la eyni qrupda yer almış İsveçrə "Bazel"ini qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa təmsilçisinin heyətində hər 2 qolu Arkadiuş Milik vurub.

19-cu dəqiqədə penaltidən fərqlənən polşalı hücumçu 68-ci dəqiqədə dubl edib. Qonaqların yeganə qoluna isə 80-ci dəqiqədə Sebastyano Espozito imza atıb.

Turnirin favoritlərindən "Roma" Niderlandda "Vitess"i minimal hesabla məğlub edib. Niderland "Feyenoord"u Serbiyada "Partizan"ın qapısından 5 top keçirib.

Bundan başqa, Yunanıstan PAOK-u evdə Belçika "Gent"inə, Paraq "Slaviya"sı isə Çexiyada Avstriya LASK-na qalib gəlib.

10 mart

PAOK (Yunanıstan) - "Gent" (Belçika) - 1:0

Qol: Kurtiç, 58

"Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya) - 4:1

Qol: Sor, 3, 29, Olayinka, 83, Traore, 85 – Baliç, 67

"Vitess" (Niderland) - "Roma" (İtaliya) - 0:1

Qol: Oliveyra, 45+1

"Partizan" (Serbiya) - "Feyenoord" (Niderland) - 2:5

Qol: Natço, 13. Yoviç, 46 – Toornstra, 20, 77, Dessers, 52, Gertulda, 64, Sinisterra, 71

"Marsel" (Fransa) - "Bazel" (İsveçrə) - 2:1

Qol: Milik, 19-pen, 68 – Espozito, 79

"Lester" (İngiltərə) - "Renn" (Fransa) - 2:0

Qol: Olbrayton, 30, İheanaço, 90+3

PSV (Niderland) - "Kopenhagen" (Danimarka) - 4:4

Qol: Qakpo, 21, 70, Doan, 50, Zahavi, 85 – Yohannesson, 6, Biel, 23, 78, Lerager, 43

"Budyo Qlimt" (Norveç) - AZ (Niderland) - 2:1

Qol: Pelleqrino, 39, Solbakken, 90+1-pen – Abuxlal, 73

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"