"Barselona" İspaniyada "Qalatasaray"ın müqavimətini qıra bilmədi - VİDEO

11 Mart 2022 02:00 Avropa Liqası 900
"Barselona" İspaniyada "Qalatasaray"ın müqavimətini qıra bilmədi - VİDEO

Avropa Liqasında 1/8 final mərhələsinin daha 4 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, görə bununla da raundun ilk matçlarına yekun vurulub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniyada "Barselona"nın qonağı olub. "Kamp Nou" stadionundakı görüş qolsuz heç-heçə ilə başa çatıb.

Gecənin digər qarşılaşmalarında "Reyncers" Şotlandiyada Serbiyanın "Srvena Zvezda" klubuna, "Braqa" Portuqaliyada Fransa "Monako"suna, "Atalanta" isə İtaliyada Almaniyanın "Bayer" (Leverkuzen) komandasına qalib gəlib.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutub. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Bütün cavab görüşləri martın 17-də keçiriləcək.

10 mart

00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0

Qollar: Ceyms Tavernye, 11 (pen.). Alfredo Morelos, 15. Folarin Baloqan, 51

00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0

Qollar: Abel Ruis, 3. Vitor Oliveyra, 89

00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

Qollar: Ruslan Malinovski, 23. Luis Muriel, 25; 49 - Çarles Arangis, 11. Mussa Diabi, 63

00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə) - 1:0

Qol: Munir El-Haddadi, 60

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu